Accessibility links

ABŞ dövlət katibi İsrail-Fələstin münaqişəsinin həllində səylərin artırılacağına söz verib


ABŞ-ın dövlət katibi Kondoliza Rays Fələstin prezidenti Mahmud Abbasa vəd verib ki, Vaşinqton İsrail - Fələstin münaqişəsinin çözülməsi yönümündə səylərini gücləndirəcək. Xanım Rays Mahmud Abbasla bu gün Qərb Sahili şəhəri Ramallahda görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Dövlət katibi Rays deyib ki, Buş admiistrasiyası Amerikanın Yaxın Şərq Sülh Prosesində daha fəal iştirakına dair çağırışlara qulaq vermək məramındadır. Cənab Abbas bildirib ki, o, müvəqqəti sərhədlər daxilində Fələstin dövlətinin yaradılmasının əleyhinədir və bu ideyanı qeyri-realistik kimi təsvir edib. Fələstin prezidenti həmçinin Hamasla danışıqlarda irəliləyiş olmazsa erkən seçkilər keçirəcəyini bəyan edib.

XS
SM
MD
LG