Accessibility links

Robert Geyts ilk dəfə Əfqanıstana səfər edib


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts keçən ay bu vəzifəyə təyin edildikdən sonra ilk dəfə Əfqanıstana səfər edib. Səfərin məqsədi Əfqanıstanın yüksək səviyyəli rəsmiləri ilə Taliban döyüşçülərinin hücumu haqqında danışıqlar aparmaqdır.

Müdafiə naziri Geyts iki günlük səfəri zamanı Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri və hökumət liderləri ilə görüşlər keçirir. Dünən Kabilə gələrkən müdafiə naziri Brüsseldə dayanaraq, NATO-nun baş katibi general Yaap de Hop Şefferlə görüşmüşdür.

Cənab Geyts Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general-leytenant Karl Eykenberri ilə də görüşmüşdür. General müdafiə nazirinə dekabr ayında Taliban hücumlarının 200% artdığını deyib və onların daha da artacağı ilə baılğ narahatlığını dilə gətirib. Onun sözlərinə görə, Taliban komandirlərinin Pakistandan fəaliyət göstərdikləri aydındır.

Bəzi ABŞ rəsmiləri sentyabr ayında Pakistanın qəbilə başçıları ilə əldə edilmiş razılaşmaların işə yaramadığını deyir. Sentyabrda qəbilə başçıları Pakistan daxilində koalisiya qüvvələrinin hücumlarını dayandırması müqabilində yaraqlıları himayə etməyəcəklərinə söz vermişdilər. Lakin ABŞ rəsmiləri yaraqlıların bu razılaşmadan sui-istifadə etdiklərini bildirirlər.

Eykenberri Əfqanıstanda artan Taliban hücumlarının qarşısını almaq üçün əlavə hərbi qüvvənin lazım olduğunu Robert Geytsin nəzərinə çatdırıb.

ABŞ müdafiə naziri Əfqanıstan prezidenti Həmid Karzai və ABŞ-ın Əfqanıstandakı səfiri ilə görüşmüşdür.

XS
SM
MD
LG