Accessibility links

BMT İraqla bağlı hesabatını açıqlayıb


BMT rəsmilərinin açıqladığı hesabatda bildirilir ki, keçə il İraqda zorakılıqlar nəticəsində hökumətin bildirdiyindən xeyli artıq, 34 000-dən çox insan qətlə yetirilib.

BMT-nin İnsan Hüquqları üzrə İraq ofisinin rəhbəri Cianni Meqazzeniinin dediyinə görə, BMT-nin insan tələfatı haqda hesabatı xəstəxanalar və Səhiyyə nazirliyinin məlumatına əsaslanır. Hesabatda bildirilir ki, İraqda zorakılıqlar nəticəsində orta hesabla gündə 100 nəfər öldürülür.

İraq rəsmiləri BMT-nin hesabatındakı rəqəmlərin şişirdildiyini deyirlər. Hesabatda eləcə də deyilir ki, təriqətlərarası zorakılıqlarda maraqlı olan silahlı dəstələr təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olaraq, onların işini iflic vəziyytinə salırlar.

Bağdadda müxbirlərlə görüşən Meqazzeni deyib ki, İraqda polis, məhkəmə və digər ədliyyə təsisitalrına inam olmadıqca, zorakılıqların qarşısını almaq mümkün olmayacaq.

BMT-nin hesabatında tələfat və xəsarətdən əlavə 31 min insanın nəzaerət altında olduğu deyilir.

XS
SM
MD
LG