Accessibility links

Senator Klinton:"ABŞ hərbi qüvvələri İraqdan çıxarılmalıdır"


Demokrat senator Hilari Klinton prezident Buşun İraqa əlavə əsgəri qüvvə göndərilməsi planı ilə razılaşmadığını bildirərək, bunun əvəzinə Əfqanıstana qüvvə göndərilməsinin labüdlüyünü önə çəkib. Nyu-York ştatından senator Hillari Klinton ABŞ qüvvələrinin tədricən Bağdad, daha sonra isə İraqdan çıxarılmasının tərəfdarı olduğunu deyib. Xanım Klinton bu açıqlamaları keçən həftə sonu İraq və Əfqanıstana səfərinin yekunları ilə bağlı müsahibəsi zamanı verib. Hilari Klinton 2008-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyini hələ elan etməyib. Lakin rəy sorğuları Hillari Klintonun demokrat partiyasından prezidentliyə namizədlər arasında öndə getdiyini göstərir.
XS
SM
MD
LG