Accessibility links

Bağdadda qanlı gün


Şərqi Bağdadda universitet yaxınlığında baş verən ikiqat avtomobil partlayışı nəticəsində azı 60 nəfər ölüb, 100 digər şəxs yaralanıb.

Rəsmilər bildirib ki, Bağdadın mərkərzindəki Sünni məscidinin yanında bir-birinin ardınca baş verən partlayışlar da daxil olmaqla digər hücumlar azı 29 nəfərin ölümünə, 70 nəfərin yaralanmasına səbəb olub.

Bu arada BMT-nin açıqladığı statistikaya görə, İraqda keçən il ərzində baş verən zorakılıqlarda 34 mindən artıq mülki əhali həlak olub. BMT rəsmisi Canni Maqazenninin bu gün Bağdadda açıqladığı statistikaya göə, eyni vaxt ərzində 36 min mülki iraqlı yaralanıb. Bu rəqəmlər İraq hökumətinin təqdim etdiklərindən qat-qat yuxarıdır.

XS
SM
MD
LG