Accessibility links

İran prezidenti daxili tənqidlərə kəskin reaksiya verib


İran prezidenti Mahmud Əhmədinejad Tehranın nüvə proqramı ilə bağlı siyasəti barədə daxili tənqidə kəskin reaksiya verib. Dövlət televiziyası cənab Əhmədinejada istinadən xəbər verib ki, kompromislərə tərəfdar olan daxili müxalifət düşmənlərin şüarlarını təkrar edir. Cənab Əhmədinejad deyib ki, onun opponentlərinin təsir gücü yoxdur. O, nüvə proqramının inkişaf etdiriləcəyinə söz verib. İrandakı mühafizəkarlar və islahatçılar son həftələr Əhmədinejadın nüvə qalmaqalındakı mövqeyini və onun təhrikedici bəyanatlarını kəskin tənqid ediblər.

XS
SM
MD
LG