Accessibility links

Kristofer Hill Şimali Koreya nümayəndələri ilə Berlində keçirilən görüşün səmərəli olduğunu deyib


Birləşmiş Ştatların nümayəndəsi Şimali Koreya nümayəndələri ilə bu həftə Berlində keçirdiyi görüşün səmərəli olduğunu deyib ancaq görüşdə razılıq əldə olunduğu barədə Pxenyanın yaydığı məlumatları rədd edib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi Birləşmiş Ştatların BMT-dəki nümayəndəsi Kristofer Hill ilə keçirilən danışıqlarda "müəyyən razılıq" əldə edildiyini bildirib. Xəbərdə ətraflı məlumat verilməyib. Bu gün Seula gələn cənab Hill deyib ki, o Şimali Koreyanın "razılıq" əldə edildiyini deməklə nəyi nəzərdə tutduğundan əmin deyil. O, Almaniya görüşlərinin nəticələrini nəzərə alaraq, nüvə silahı ilə əlaqədar altıtərəfli danışıqlarda razlıq əldə edilə biləcəyini deyib.

Cənab Hill Berlində Şimali Koreya nümayəndəsi Kim Kye Kvanla üç gün danışıqlar keçirmişdir. Onun bundan sonra da bir neçə gün altı ölkənin nümayəndələri ilə məsləhətləşəcəyi bildirilir. Cənab Hillin Seuldan sonra Pekinə və Tokioya gedəcəyi gözlənilir.

XS
SM
MD
LG