Accessibility links

Bağdad yaxınlığında ABŞ hərbi vertolyotu qəzaya uğrayıb


Bu gün Bağdad yaxınlığında ABŞ hərbi vertolyotunun qəzaya uğraması nəticəsində 13 adam həlak olub. Qəzaya nəyin səbəb olğudu hələ aydın deyil. Amerika hərbiçiləri hadisə ilə bağlı təhqiqat aparıldığını deyirlər. İraqın digər bölgələrində həyata keçirilən hücumlar 10 nəfərin ölümünə səbəb olub. İraq rəsmiləri Mosul şəhərində baş verən bomba partlayışının 7-i mülki vətəndaş olmaqla, 8 iraqlının ölümü ilə nəticələndiyini bildirirlər. Koalisiya qüvvələri tərəfindən keçirilən reyd zamanı terrorizmdə şübhəli bilinən 25 adam nəzarət altına alınıb.

XS
SM
MD
LG