Accessibility links

Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlar ətrafında diplomatik səylər gücləndirilir


Birləşmiş Ştatlar, Çin və Şimali Koreyanın nüvə danışıqlarında vasitəçiləri Pxenyanın nüvə silahı proqramı ilə əlaqədar altıtərəfli müzakirələrin növbəti raunduna başlamaq üçün diplomatik səyləri gücləndiriblər. Pekində ABŞ Dövlət katibinin yardımçısı Kristofer Hil Çinin vasitəçisi, xarici işlər nazirinin müavini Vu Dauveylə tərksilahla bağlı danışıqların növbəti raundunun planına dair müzakirələr aparıb. Altıtərəfli danışıqlar Şimali və Cənubi Koreya, ABŞ, Yaponiya və Rusiya diplomalatlarının iştirakı ilə aparılır. Moskvada olan Şimali Koreyanın xarici işlər nazirinin mavini Kim Kuye-Kvan deyib ki, onun hökuməti altıtərəfli danışıqlarda tərəqqi əldə olunması üçün Moksva ilə əməkdaşlığı gücləndirir.
XS
SM
MD
LG