Accessibility links

Serbiyada parlament seçkiləri keçirilir


Serbiyada seçicilər ölkənin gələcək siyasi kursunu müəyyən edəcək seçkilərdə səs verir. Seçkilərin Serbiyanın qərb yönlü islahatlar yolunu davam etdirəcəyi, yoxsa ölkənin əvvəlki millətçi kursa qayıdacağını müəyyən edəcəyi gözlənilir. İctimia rəy sorğuları prezident Boris Tadiçin iqtidarda olan qərb yönlü Demokrat partiyası və hazırda lideri həbsxanada olan müharibə cinayətlərində ittiham olunmuş Voyislav Şeşelin ultra-millətçi Radikal partiyası arasında mübarizənin bərabər getdiyini göstərir. Baş nazir Voyislav Koştunitsanın mərkəz-sağçı Xalq Koalisiya partiyası isə üçüncü yerdə gəlir. Bu partiyaların heç birinin 250 yerlik partlamentdə çoxluq qazana bilməsi gözlənilmir. Bu isə koalisiya hökumətinin yaradılması ehtimalını artırır. Seçkilər BMT-nin Kosovonun gələcəyilə bağlı tövsiləyələrini təqdim etməyə hazırlaşmasından öncə keçirilir.
XS
SM
MD
LG