Accessibility links

İran prezidenti BMT sanksiyalarını rədd edir


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarla bağlı qətnamələri İranın nüvə ambisiyalarının qarşısını almayacaq. Mahmud Əhəmədinejadın bu bəyanatı dövlət televiziyasının İranın üç günlük raket sıanqlarına başlamasını elan etdiyi vaxta təsadüf edir. İran televiziyasının bildirdiyinə görə, İnqilabi Qvardiya Tehrandan cənub-şərqdə qısa mənzilli Fəcr və Zəlzəl raketlərini sınaqdan keçirəcək. Prezident Mahmud Əhəmidnejad bu gün partlamentdə çıxışı zamanı BMT Təhlükəsizlik şurasının qətnamələrinə əhəmiyyət verməyərək deyib ki, 10 daha belə qətnamə İranın nüvə siyasəti, ya da onun iqtisadiyyatına təsir göstərə bilməz.
XS
SM
MD
LG