Accessibility links

Demokrat qubernator prezidentliyə namizədliyini irəli sürür


Nyu Meksiko ştatının demokrat qubernatoru Bill Riçardson 2008-ci il ABŞ prezident seçkilərinə qatılacağını elan edib. Bu gün yayımlanan televiziya proqramında müsahibəsi zamanı qubernator Riçardson deyib ki, ölkənin növbət prezidenti ABŞ hərbi qüvvələrini İraqdan çıxarmalı, enerji müstəqilliyinə nail olmalı, təhsil sistemini yaxşılaşdırmalı və beynəlxalq aləmdə Amerikanın imicini bərpa etməlidir. Bill Riçardson konqresmen, ABŞ-ın BMT-dəki səfiri və prezident Klinton dövründə Enerji naziri vəzifələrində çalışmışdır. O, həmçinin ABŞ-ın Şimali Koreya və İraqla bağlı danışıqlarda nümayəndəsi olmuşdur.
XS
SM
MD
LG