Accessibility links

Təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında toqquşma olub


İraqın təhlükəslzik qüvvələrinin bildirdiyinə görə, bu gün Bağddada iki maşına yerləşdirilmiş bomba partlayışları 3 nəfərin ölümü, 9-nun isə yaralanmasına səbəb olub. Digər bir hücum zamanı 5 iraqlı polisin öldürüldüyü, 3-nün yaralandığı xəbər verilir.

Təhlükəszlik qüvvələri və yaraqlılar arasında qarşıdurma şimal Mosul şəhərində baş verib. ABŞ hərbiçiləri koalisya qüvvələri tərəfindən 16 terrorçunun qətlə yetirildiyi, 10-nun nəzarət altına alındığını bildirir.

BMT-nin Qaçqınlar Üzrə Agentliyinin bildirdiyinə görə, İraq polsiinin uniformasını gemiş yaraqlılar Bağdad şəhərindəki bir mənzildən 17 fələstinlini girov götürüb. Agentliyin sözçüsü bildirib ki, İraqda məskunlaşan 15 minə yaxın fələstinli qaçqın tez-tez hücumların hədəfinə çevrilir.

XS
SM
MD
LG