Accessibility links

Beyrutda qarşıdurma olub


Livanın paytaxtında hökumət və müxalifət tərəfdarları arasındakı qarşıdurma iki adamın ölümü ilə nəticələnib. Byerut şəhərinin Ərəb universtiteti qarşısında yol verilən zorakılqar 20 adamın yaralanmasına səbəb olub. Qarşıdurmanın universitet binası daxilində başladığı və tezliklə ətraf küçələrə yayıldığı xəbər verilir. Qərbyönümlü hökuməti dəstəkləyənlər və Hizbullah tərəfdarları dəyənək və daşlarla biri-birinə hücum edib. Nəticədə yaxınlıqdakı maşınlara ziyan dəyib. Aşayişin bərpası məqsədi ilə Livan ordusu vəziyyətə müdaxilə edib.
XS
SM
MD
LG