ABŞ prezidenti Corc Buş Konqresə müraciət edərək, İraq müharibəsinə nəzarət edəcək yeni komandirlərin təsdiqinə çağırıb. Prezident Buş deyib ki, 3 komandirin tez bir zamanda təsdiqi, Amerika xalqının müdafiəsi işinin davamı demək olacaq. Qeyd edək ki, yeni komandirlərə general Con Abizeydi əvəz edəcək admiral Vilyam Fallon, Corc Keysini əvəz edəcək, general-leytenant Deyvid Petraeus və general Piter Şumeykeri əvəz edəcək Corc Keysi daxildir. Yeni vəzifələrə namizəd göstərilən bu üç şəxs Senatın təsdiqini əldə etməlidir. General Petraeusin namizədliyi artıq Senatın Silahlı Qüvvələr Komitəsində təsdiq edilib.