Accessibility links

Barak Obama reputasiyasının müdafiəsinə qalxıb


2008-ci il Amerika prezidentliyinə namizəd senator Barak Obama uşaq ikən İndoneziyanın radikal islam mədrəsələrinin birində təhsil adığına dair ittihamları rədd edir. “Associated Press”in Cakartada keçirdiyi müsahibələr onun ictimai ibtidai məktəb və dünyəviçi institutda təhsil aldığını müəyyən edib. Havaidə dünyaya gələn Obama İndoneziyaya 6 yaşında anası və atalığı ilə köçmüşdü. 10 yaşınadək İndoneziyada yaşayan Barak Obama yenidən Havaiyə nənə-babasının yanına qayıtmışdı. Qeyd edək ki, xəbər mübahisəli internet səhifələri və “Fox News”un məlumatları Obamanın prezident yarışlarında iştirak edəcəyini elan etməsindən dərhal sonra yayılmışdı. Senator Obamanın məlumatı “təhqiramiz” adlandırması onun prezident yarışlarında reputasiyasının müdafiəsi uğrunda ciddi mübarizə aparacağına işarədir.

XS
SM
MD
LG