Accessibility links

Fələstin prezidenti milli birlik hökumətinin yaradılmasına ümid edir


Fələstin prezidenti Mahmud Abbas Həmasla milli birlik hökumətinin yaradılması barədə razılıq əldə ediləcəyinə ümidlərini itirmədiyini deyib. Baxmayaraq ki, Həmasla Fətah fraksiyaları arasında zorakılqılar davam edir.

İsveçrənin Davos şəhərində müxbirlərlə görüşən cənab Abbas bildirib ki, yekun razılığın əldə edilməsi üç həftədən artıq sürməyəcək. Lakin o, nəticə əldə edilmədiyi təqdirdə növbədənkənar seçkilər keçiriləcəyini bildirib. Xatırladaqki, Həmasla Fətah arasında danışıqlar bu həftə bərpa edilib.

XS
SM
MD
LG