Accessibility links

ABŞ dövlət katibi yaraqlılarla mübarizəyə əlavə vəsait ayrılmasına çağıracaq


ABŞ dövlət katibi Kondolizza Rays Brüsseldə Amerikanın NATO-ya üzv müttəfiqlərini Əfqanıstanda Taliban yaraqlıları ilə mübarizəyə əlavə vəsait ayırmağa çağıracaq. ABŞ rəsmilərinin bildirdiyinə görə, dövlət katibi NATO-nun xarici işlər nazirlərinə yenidən təklif edilən 10,6 milyard dollarlıq planı təqdim edib, qurumun da eyni öhdəliyi üzərinə götürməsinə çalışacaq. ABŞ-ın bu yardımı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin möhkəmləndirilməsinə sərf ediləcək. Belə ki, gələcək aylar ərzində ABŞ yeni əməliyyatlara keçməyi planlaşdırır.
XS
SM
MD
LG