Accessibility links

Gürcüstan Moskvanın istintaqa yardım etməkdən imtina etdiyini deyir


Keçmiş Sovet İttifaqında nüvə materialları təhlükəsi ilə bağlı narahatlıqlar yenidən baş qaldıırb. Narahatlıqlara Gürcüstanda silahlarda istifadə edilə biləcək uranın satış cəhdinə görə rusiyalı bir şəxsin saxlanmsı səbəb olub. Gürcüstanda zənginləşdirilmiş 100 qramlıq uran satışına cəhd edən bir rus və üç gürcünün həbsi keçən ilin əvvəllərinə təsadüf edir.

Yeni məlumatlara görə, həmin şəxslər Şimali Osetiyada əlavə uran saxlandığını bildiriblər. Gürcüstanın daxili işlər naziri Vano Merabişvili əldə edilən uran nümunələrinin Rusiya tərəfinə göndərildiyini, lakin Moskvanın istintaqa yardım etməkdən imtina etdiyini və hətta saxlanılan şəxsi dindirmək istəmədiyini bildirərək, Moskvanı əməkdaşlıqdan imtinada ittiham edib. Qeyd edək ki, Rusiya hökuməti məsələyə heç bir rəsmi münasibət bildirməyib.

Moskvanın müdafiə məsələləri ürzə təhlilçisi Aleksandr Pikayev Amerikanın Səsinə bildirib ki, Rusiyanın sükutu uzun sürməyəcək. Pikayevin dediyinə görə, insident təhlükəli nüvə silahları ticarətinə imkan yaradan "qara bazarlar"ın mövcudluğuna sübutdur.

Beynəxlaq Atom Enerjisi Agentliyi belə aşkarlamalar barədə çoxsaylı sənədə malikdir. Agentliyin Gürcüstan insidenti ilə bağlı bu gün təfərrüatları açıqlayacağı gözlənilir. Pikayev bildirib ki, rəsmilər bu kimi materialların yanlış əllərə keçməməsi üçün daha yaxşı iş görməlidir. O, nüvə materiallarının xüsusi anbarlarda saxlanmalı və mülki təsisatlardan alınmalı oldğunu deyir.

XS
SM
MD
LG