Accessibility links

"Vaşinqtondan baxış": Abbas Lisaninin həbsi


"Vaşinqtondan Baxış" rubrikası Birləşmiş Ştatlar hökumətinin siyasətinin şərhini təqdim edir

Azərbaycanlı məhbus Abbas Lisani İranın Ərdəbil məhbəsində aclıq aksiyasını davam etdirir. O, aclığa yanvarın 1-də, İran rəsmilərinin ailəsinə olan təzyiqlərinə, eləcə də İranda bütün məhbuslara verilən qısa müddətli tərxis hüququnun pozulmasına etiraz olaraq başlayıb.

Yanvarın 18-dən cənab Lisaninin havanın mənfi 10 dərəcə şaxta olduğu bir regionda təkadamlıq, qızdırılmayan kamerada saxlanıldığı bildirilir. Cənab Lisaninin vəkili Məhbusların müdafiəsi Komitəsinin direktoru Məhəmməd Reza Fəqihi müdafiəsi altında olan məhbusun sağlamlığı üçün narahat olduğunu deyib:

“Onu Ərdəbilin sümük donduran soyuğunda kiçik, qızdırılmayan kamerada saxlayırlar. Onun bircə nazik yorğanı var. Bu şəraitə heç kim dözə bilməz, o ki qaldı aclıq aksiyasında olan və artıq qidasızlıqdan zəifləmiş birisi olsun”

Beynəlxalq Amnistiya insan hüquqları təşkilatına görə, “Abbas Lisaninin qarın və böyrək problemlərindən, eləcə də qabırğa ağrısından əziyyət çəkdiyi bildirilir. Bu problemlərin onun öncəki həbsləri zamanı məruz qaldığı işgəncələrin nəticəsi olduğu iddia edilir”.

İyun ayında Ərdəbildə İran Azərbaycanlılarının nümayişlərində iştirakına görə həbs olunan cənab Lisani Sentyabr ayında zaminə buraxılana qədər həbsdə qalmışdı. Məhkəməyə qədərki həbsi zamanı cənab Lisani xəbərlərə əsasən, 58 gün sürən aclıq aksiyası keçirmişdi. Cənab Lisani İran rəsmilərinin iddia etdiyi kimi “hökumət əleyhinə təbliğata” görə il yarımlıq həbsə və 50 şallaq cəzasına məhkum edilmişdi.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani bildirir ki, İranda Azərbaycan azlığının hüquqları barədə danışan bütün fəallar repressiyaya məruz qalır:

“İran rejimi xalqının əsas və fundamental hüquqları barədə maarifləndirmə işi aparan mədəni və dil hüquqlarını tələb edən fəalları həbs edir. İnsan hüquqları müdafiəçiləri, jurnalistlər və yazarlar xüsusi xidmət orqanlarının qurbanlarına çevrilib. Bu fəallar həbsə atılır və daim təzyiqlərə məruz qalır.”

ABŞ Dövlət Departamentinin son insan hüquqları hesabatında deyilir ki, azərbaycanlı iranlılar “etnik və dil ayrıseçkiliyinə məruz qaldıqlarını, o cümlədən Azərbaycan dilinin məktəblərdə qadağan edildiyini və Azərbaycanlı fəalların və təşkilatçılarına təzyiqlərin olduğunu”, bir çox adamın “İran Azərbaycanlılarının mədəni və dil hüquqlarını müdafiə etdiklərinə görə” həbsə atıldığını bildirir. Birləşmiş Ştatlar İran hökumətini bütün iranlıların hüquqlarına hörmətlə yanaşmağa və həmin hüquqlarını təmin etmək cəhdlərinə görə həbs olunanları azad etməyə çağırıb.

Bu, "Vaşinqtondan Baxış" rubrikasında Birləşmiş Ştatlar hökumətinin siasətinin şərhi idi

XS
SM
MD
LG