Accessibility links

İsrail kabinetinə ilk ərəb nazir təyin edilib


İsrail kabineti ilk dəfə ərəb nazirinin təyinatını təsdiq edib. Beləliklə, sol-mərkəzçi Əmək partiyasından Raleb Macadele kabinetə üzv seçilir. Təyinatın əleyhinə yalnız bircə nazir-ultramillətçi Aviqdor Liberman səs verib. 53 yaşlı Macadelenin əleyihinə olan Liberman keçən il kabinaetə üzv seçilib. Tənqidçilər onu irqçilikdə ittiham edirlər. Liberman fələstinlilərin İordan çayının qərb sahilindən çıxarılması, İsrailin ərəb icmasından uzaqlaşdırılması üçün yeni sərhədlərin çəkilməsinin tərəfdarıdır. Qeyd edək ki, ərəblər İsrail əhalisinin 20 faizini təşkil edir.

XS
SM
MD
LG