Accessibility links

Türkiyədə millətçi gəmini girov götürüb


Türk polisinin verdiyi məlumata görə silahlı şəxs ölkənin şimnal qərbində türklərlə ermənilər arasında barışıq çağırışlarına etiraz əlaməti olaraq qısa müddətə sərnişin gəmisini girov götürüb. Polisin dediyinə görə Türk millətçisi olan bu şəxs gəmini Dardanel boğazında ələ keçirib. Üzərində silah gəzdirən şəxs gəmini partlatmaqla hədələmiş, lakin 2 saatdan sonra özünü polisə təhvil vermişdir. Polislər şübhəlini maşına apararkən o, gəmini ölkəsi naminə qaçırdığını qışqırıb. Sərnişinlərin dediyinə görə həmin bu şəxs ötən Çərşənbə Axşamı İstanbulda qətlə yetirilmiş erməni jurnalisti Hrant Dinkin dəfnində səslənən ermənipərəst şüarlardan qəzəblənmişdi.
XS
SM
MD
LG