Accessibility links

Islamçı kultun lideri Aşura günü Şiə din xadimlərini məhv etməyi planlaşdırırdı


İraq rəsmilərinin məlumatına görə dünən müqəddəs Nəcəf şəhərində ali Şiə ruhanilərini öldürməyi planlaşdıran İslamçı kultun lideri gün ərzində gedən döyüşlər zamanı öldürülüb. Rəsmilər deyirlər ki, Cənnətin Əsgərləri adlanan qrup Şiələrin Aşura mərasimi zamanı din xadimlərini öldürməyi planlaşdırırdı.

Kultun üzvləri həm Sünnilər həm də Şiələrdən ibarətdir. Lider özünün Məhəmməd peyğəmbərin sələfi olduğunu bildirirdi və qrup messianik fiqur olan Mehdini geri qaytarmağa ümid edirdi. ABŞ tankları və hava zərbələrinin köməyi ilə İraq qüvvələri dünən qrupa hücum etdilər. Baş verən döyüşlər nəticəsində qrupun 200 üzvü öldürülmüş, 100-dən çoxu isə yaxalanmışdır.

XS
SM
MD
LG