Accessibility links

İraqda Aşura zorakılıqlarla müşayiət edilir


İraq rəsmilərinin bildirdiyinə görə, şiə müsəlmanların qeyd etdiyi aşura günü həyata keçirilən iki bomba hücumu 36 adamın ölümü ilə nəticələnib. Polis, İran sərhəddinə yaxın Mandali şəhəri yaxınlığındakı şiə məscidində 23 adamın ölümü, 60-nın yaralanmasına intiharçı hücumunun səbəb oldğunu bildirib. Xanaqin şəhərinin məscidində isə bomba hücumu nəticəsində 13 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdır. Bağdadda züvvarları daşıyan avtobus yaralıların hücumuna məruz qalıb. Şahidlərin dediyinə görə, iki maşında olan yaraqlılar avtobusu atəşə tutub.

Bu gün İraq polisi və hərbi qüvvələrin minlərlə əsgəri, 2 milyona yaxın şiə zəvvarın təhlükəsizliyinin qoyunması məqsədi ilə Kərbəla şəhərində yerləşdirilib.

Xatırladaq ki, İraq hərbi qüvvələrinin Birləşmiş Ştalar hərbi qüvvələri ilə birlikdə bazar günü keçirdikləri hərbi əməliyyatlar zamanı 200 yaraqlının öldürüldüyü, 100 nəfərə yaxınının isə həbs edildiyi bildirilmişdi.

XS
SM
MD
LG