Accessibility links

Gürcüstan Abxaziyanın separatçı rejimini danışıqlar keçirməyə çağırıb


Gürcüstan separatçı Abxaziya respublikasının liderləri ilə bir başa danışıqlar keçirilməsinə çağırıb. Abxaziyanın separatçı liderləri isə deyiblər ki, əvvəlcə iki tərəf arasında hücum etməmək haqqında müqavilə imzalanmalıdır.

Gürcüstanın xarici işlər naziri Gela Bezhuashvili bu gün müxbirlərə deyib ki, hökumət Abxaziya ilə əvvəlcən bir şərt irəli sürülmədən danışıqlar keçirməyə hazırdır. Ancaq Abxaz lideri Sergei Baqapsh deyib ki, Gürcüstan hökuməti Kodori Dərəsindəki qoşunlarını və zabitlərini geri çəkmədiyi müddətdə danışıqlar keçirilməyəcək.

XS
SM
MD
LG