Accessibility links

ABŞ-da  hazırlanan kəşfiyyat hesabatı İraqda vəziyyəti “vətəndaş müharibəsi” adlandırır


ABŞ mətbuatı İraq barədə hazırlanmış kəşfiyyat hesabatının bir hissəsini açıqlayıb. Dünən prezident Buşa təqdim edilən hesabatda qeyd edilir ki, İraqda zorakılıqların qarşısını almaq üçün əsaslı tədbirlər görülmədiyi təqdirdə vəziyyət daha da tənəzzül edəcək. Sənəddə xəbərdarlıq edilir ki, İraqda vəziyyət sabitləşmədiyi təqdirdə ölkədə xaos yarana bilər və İraq bir biriylə müharibə edən etnik dövlətlərə bölünə bilər. Hesabatda İraqda yaranmış vəziyyət “vətəndaş müharibəsi” adlandırılır.

Bu barədə yayılan xəbərlərə görə hesabatda İraq liderlərinin mövqelərində qeyri-müəyyənliyə işarə olunur, onların ifratçılıqla mübarizə üçün təriqət mənafeylərindən əl çəkmək, korrupsiyanın qarşısını almaq üçün ölkə miqyasında təsisatlar yaratmaq barədəki qabiliyyətləri şübhə altına qoyulur. Hesabatda Əl Qaidanın İraqda fəaliyyətə davam etdiyi qeyd olunur.

XS
SM
MD
LG