Accessibility links

İraqın Ramadi şəhərində koalisiya qüvvələri ilə üsyançılar arasında şiddətli döyüşlər baş verib


ABŞ-ın İraqdakı hərbçiləri bildiriblər ki, qərbdəki Ramadi şəhərində baş verən şiddətli döyüşlər vaxdı koalisiya qüvvələri 18 üsyançını öldürüblər. Ramadidə dünən axşam başlayan döyüşlər bu gün səhərə qədər davam edib.

ABŞ hərbçilərinin məlumatında deyilir ki, koalisiya qüvvələri raket hücumuna məruz qaldıqdan sonra üsyançılara qarşı əsaslı əməliyyat başlayıb. Anbar vilayətinin mərkəzi olan Ramadi İraqda sünnülərin qalası kimi nəzərdə tutulur.

Bu arada ABŞ hərbçiləri Bağdada 18 kilometr məsafədə yerləşən Taji hərbi bazası yaxınlığında bir vertalyotun düşməsi xəbərini təstiq ediblər. Onlar hadisə nəticəsində iki ABŞ hərbçisinin həlak olduğunu bildiriblər. Diqər tərəfdən Nəcəf şəhəri yaxınlığında islamçı kultla İraq və ABŞ qüvvələri arasında baş verən şiddətli döyüşlərdən sonra şəhərdə maşınların hərəkətinə icazə verilmir.

XS
SM
MD
LG