Accessibility links

Güney Azərbaycan Təmsil Olunmayan Millətlər Məclisinə üzv olub


BMT İnsan Haqları Şurası yanında fəaliyyət göstərən Təmsilçiliyi olmayan Millətlər Məclisində Güney Azərbaycanın üzvlüyü həllini tapıb. Bu barədə Amerikanın Səsinə Güney Azərbaycan Milli Oyanış Hərəkatının Avropa Təşkilatından məlumat veriblər. Fevralın 1-dən işinə başlayan, Brüsseldə keçirilən Məclisdə Güney Azərbaycanı təmsil edən doktor Mahmudəli Çöhrəqanlı İranda yaşayan azərbaycanlıların mədəni, dil hüquqlarının pozulması barədə məlumat verib və Güney Azərbaycanlıların simvolikasını Məclisə təqdim edib.

Mahmudəli Çöhrəqanlı məclisdə Güney Azərbaycanlıların hərəkat bayrağını simvol olaraq təqdim edib. Cənab Çöhrəqanlının sözlərinə görə, bu üzvlüklə Güney Azərbaycanlıların millət olaraq adı, dili, yaşadıqları coğrafi məkan və sair indiyə kimi təsbitlənməmiş məsələlər də öz həllini tapır.

Reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG