Accessibility links

Britaniyada quş qripinə yoluxmuş on minlərlə hind quşu məhv edilib


" hspace=2 src="/azerbaijani/images/ap_britain_bird_flu_farm_3feb07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>İngiltərənin şərqindəki yerləşən fermadakı quşlarda H5N1 quş qripi virusu aşkar edildikdən sonra rəsmilər xüsusi tibbi ölçülər həyata keçiriblər. Ətraf mühitin mühafizəsilə məşğul olan rəsmi orqanların bildirdiyinə görə, quşların məhv edilməsi şənbə günü başlamışdır və hələ bir neçə gün davam edəcək. Rəsmilər Holton ferması ətrafında iki min kvadrat kilometr məsafədə nəzarət zonası yaradıldığını deyib. Alimlər ehtiyat edir ki, 2003-cü ildən başlayaraq, dünyada 160-da çox adamın ölümünə səbəb olan virus qlobal epidemiyanın yaranmasına gətirib çıxara bilər. Bu arada, Ümumdünya Səhiyyə təşkilatı Nigeriyada 22 yaşlı gənc qadının H5N1 virusuna yoluxma nəticəsində öldüyünü təsdiqləyib. Bu, Nigeriyada quş qripinin qeydə alındığı ilk haldır.
XS
SM
MD
LG