Accessibility links

ABŞ və Cənubi Koreya rəsmilərinin Şimali Koreyaya dair danışıqlardan öncə görüşü olub


ABŞ-ın Şimali Koreya üzrə danışıqlarda əsas vasitəçi Kristofer Hil Pxenyanın nüvə ambisiyalarına dair bu həftə Pekində aparılacaq müzakirələrdə strategiyanın hazırlanması məqsədilə bu gün Seulda Cənubi Koreya rəsmilərilə görüşüb. Kristofer Hil Şimali və Cənubi Koreya, Rusiya, Çin və Yaponiyanın iştirakı ilə keçəcək danışıqlara ümidlə baxdığını deyib. ABŞ danışıqların Şimali Koreyanın 2005-ci ilin sentyabrında yardım və təhlükəsizlik qarantiyaları müqabilində nüvə proqramını dayandırmağa razı olduğu pakt üzərində mərkəzləşməsini istəyir. Yaponiyanın Asahi Şimbun qəzetinin bu gün verdiyi məlumata görə, Şimali Koreya ildə 500 min ton neft əvəzinə əsas nüvə kompleksi olan Yonqbyonu bağlamağa dair təklif irəli sürüb.
XS
SM
MD
LG