Accessibility links

Pakistan prezidenti İran və Türkiyəyə səfər edir


Pakistan prezidenti Pərviz Müşərrəf Yaxın Şərqdə münaqişələrin nizamlanması ilə bağlı öz təşəbbüslərini müzakirə etmək üçün İrandadır. General Müşərrəfin İran prezidenti Mahmud Əhəmədinejadla danışıqlar aparacağı gözlənilir. Dövlət başçıları İrandan Pakistan ərazisilə qazı nəql edəcək sülh kəməri adlı bir neçə milyard dollarlıq qaz kəməri layihəsini müzakirə edəcəklər. İrandan sonra Pakistan lideri Türkiyəyə səfər edəcək. Bu yaxınlarda Şərqi Asiyaya səfəri zamanı Pərviz Müşərrəf Fələstin əraziləri, İraq və Livanda münaqişələrin nizamlanması üçün müsəlman dövlətlərinin forumunu yaratmaq təşəbbüsü ilə çıxış etmişdir.
XS
SM
MD
LG