Accessibility links

Britaniyanın qeyri-hökumət təşkilatları İrana hərbi müdaxilə əleyhinə xəbərdarlıq edib


Britaniyada qeyri- hökumət təşkilatlarının bir koalisiyası İrana qarşı hərbi əməliyyatın Yaxın Şərq və dünyanın mühüm bir hissəsi üçün təhlükəli nəticələri olacağına xəbərdarlıq edib.

Təşkilatın bu gün yaydığı hesabatında Britaniya hökuməti İranın nüvə məsələsinin diplomatik yollarla həll olunması məqsədilə Vaşinqtona təzyiq göstərməyə çağrılır. Vaşinqton isə İranın uran zənginləşdirilməsi proqramını dayandırmaq üçün hərbi tədbirlər görməyi istisna etmir.

Britaniyanın qeyri- hökumət təşkilatları deyirlər ki, İrana qarşı hərbi əməliyyat bu ölkədə sərt xətt tərəfdarlarının mövgeini möhkəmləndirib, qonşu İraqda sabitliyin daha da tənəzzül etməsinə gətirib çıxarda bilər. Onlar belə bir hərəkətin neft qiymətlərinin qalxmasına səbəb ola biləcəyini və dünyanın hər tərəfində iqtisadiyyata zərər verə biləcəyini deyiblər.

Hesabatı hazırlayan təşkilatların siyahısına Britaniya Araşdırma İnstitutu, Xarici Siyasət Mərkəzi və üç iri həmkarlar ittifaqı da daxildir. Britaniyanın Oxfam yardım təşkilatı və Britaniya İslam Şurası da hesabatın hazırlanmasında iştirak edib.

XS
SM
MD
LG