Accessibility links

Əli Laricaninin Avropa səfəri təxirə salındı


İranın nüvə müzakirəçisi Əli Laricani və Beynəxlaq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl-Bəradeyi ilə bu gün Vyanada Tehranın nüvə proqramı məsələsini müzakirə etməli idi. Agentliyin rəsmilərinin bildirdiyinə görə, görüş Lariçaninin Almaniyanın Münxen şəhərinə səfərindən əvvəl keçiriləcəkdi. İranın nüvə müzakirəçisi orada təhlükəsizlik konfransında iştirak edən Avropa Birliyi və Almaniyanın yüksək səviyyəli nümayəndələri ilə danışıqlar aparmalı idi. Dünən İran nümayəndəsi Əli Əkbər Vilayəti Rusiya prezidenti Vladimir Putinin İranın nüvə silahları proqramının yaratdığı qarşıdurmanın həllinə yardım etməsi məqsədi ilə Moskavaya səfər edib.

XS
SM
MD
LG