Accessibility links

Şimalı Koreyanın nüvə proqramı barədə razılıq əldə edilə bilməyib


Şimalı Koreyanın nüvə proqramı barədə altı ölkənin iştirakıyla Pekində keçirilən danışıqların üçüncü günündə də bir razılıq əldə edilə bilməyib.

ABŞ nümayəndəsi Kristofır Hill bu gün axşam müxbirlərə bildirib ki, ilkin razılığın əldə edilməsinin qarşısında bir maniə dayanıb. O, söyləyib ki, Şimalı Koreyanın nüvə proqramının ləqvi məqsədilə keçirilən danışıqlarda görüləcək ilkin tədbirlərin siyahısı barədə məsələnin həll edilməməsi danışıqlar prosesi üçün mühüm zərbə olardı. O həmin məsələ haqqında məlumat verməyib.

Cənubi Koreya nümayəndəsi də bu günkü və sabahki danışıqların həll edici olacağını söyləsə də asanlıqla bir razılıq əldə edilə bilməyəcəyini bildirib.

XS
SM
MD
LG