Accessibility links

Türkmənçay müqaviləsinin imzalanmasından 179 il ötür


179 il bundan öncə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə Azərbaycanı bu gün də iki yerə parçalayan sərhədlər müəyyənləşdi. Azərbaycan xalqının taleyində həmin hadisənin rolunu azaltmaq mümkün deyil. Üstəlik, həmin hadisənin bu günümüzdə siyasi bəyanatları şərtləndirən təfsirləri varkən.

Türkmənçay müqaviləsi ilə bağlı bu gün tez-tez səslənən tezislərlə bağlı tarixçi professor Süleyman Əliyarlıdan aldığımız şərhlər müəyyən məqamlara aydınlıq gətirməyə imkan verir.

İran mətbuatında bu gün tez tyez səslənən fikirlərdən biri Azərbaycanın bu gün müstəqil olan hissəsinin vaxtilə İran ərazisi olması və Rusiya tərəfindən işğal olunması barədədir. Bu, Azərbaycan Respublikasının "Şimali İran" adlandırılaraq İran İslam Respublikası rəhbərlərinin ərazi iddialarında istinad etdikləri məqamdır. Bəs professor Əliyarlı nə deyir? Professor iddiaların əsassız olduğunu tarixi faktlarla sübut edir. Onun sözlərinə görə, Türkmənçay müqaviləsinin obyekti olan ərazilərdə müstəqil dövlət quruluşları mövcud idi.

Süleyman Əliyarlının sözlərinə görə Qarabağ və Quba xanlıqlarının rəhbərlərinə Rusiya imperator sarayında xarici dövlət rəhbəri statusuna uyğun protokol tətbiq olunurdu.

Bu, Azərbaycan ərazilərində dövlətçiliyin mövcud olmadığı iddiaları barədə şərh idi.

Lakin bu gün İran opponentlərinin irəli sürdüyü miflərdən biri o zaman İran dövlətinin mövcud olmaması barədədir. Süleyman Əliyarlı bu tezisi də doğru saymır. Professsor Əliyarlı deyir ki, İran dövlətinin adı yalnız 1925-ci ildə Pəhləvilər hakimiyyətə gəldikdən sonra İran olaraq rəsmiləşdirilib. Lakin professora görə, bunu da qəbul etmək lazımdır ki, o zamana qədər Avropa məxəzlərində adı Persiya və ya persida kimi keçən bu xanədanlığa şərq, xüsusilə də ərəb və Azərbaycan mənbələrində İran kimi istinad olunub.

Bununla belə professor Əliyarlı Qacarın öldürülərkən son sözlərinin məxəzlərdə “siz neylədiniz, İranı kor qoydunuz” deyə verilməsini, Əfşarın İran dövlətinin bərpası uğrunda çalışmasını səciyyəvi sayır.

Lakin Süleyman Əliyarlı onu da qeyd edir ki, Azərbaycan xalqını ikiyə parçalayan xanədanlıqların necə adlanması və kim tərəfindən idarə olunmasından asılı olmayaraq, Türkmənçay müqaviləsi imzalanarkən Azərbaycan xanlıqlarının dövlətçilik ənənələrinə malik olması fakt olaraq qalır. Professorun sözlərinə görə, o da danılmazdır ki, həm Güneydə həm də Qüzeydə Azərbaycanlılar istibdaddan qurtulmaq üçün 1828-ci ildən bəri mübarizə aparmışlar.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG