Accessibility links

Demokrat senator prezident Buşun İraq siyasətini  tənqid edib


Demokrat Partiyası radiodan ənənəvi müraciətindən Prezident buşun İraq siyasətini tənqid məqsədilə istifadə edib. Demokratların adından danışan senator Con Kerri söyləyib ki, prezidentin İraqa əlavə 21 min nəfərlik qoşun göndərmə təklifi yanlış istiqamətləndirilmiş bir müharibənin daha da qızışmasından başqa bir məqsədə xidmət etməyəcək.

Vyetnam müharibəsi veteranı olan Con Kerri Senatdakı respublikaçıların keçən həftə Demokratların dəsdəklədikləri prezidentin İraqa əlavə qoşun göndərmə planı əleyhinə verilən qanun təklifinin qəbul olunmasının qarşısını almalarını da tənqid edib.

Con Kerri Konqresi müharibəni dayandırmaq üçün daha ciddi tədbirlər görməyə çağırıb və deyib ki, əvvəlcədən müəyyən edilmiş və üzərində razılıq əldə olunmuş şərtləri yerinə yetirmək üçün İraq siyasətçilərinə təzyiq göstərmək lazımdır.

XS
SM
MD
LG