Accessibility links

Robert Geyts: Əfqanıstanın nəzarəti bir daha ekstremistlərin əlinə verilməyəcək


Pakistanda rəsmi səfərdə olan Amerikanın müdafiə naziri Robert Geyts deyib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri Əfqanıstanın nəzarətinin bir daha ekstremistlərin əlinə keçməsinə yol verməyəcəklər. Müdafiə naziri bunu Pakistan prezidenti Pərviz Müşərrəflə görüşündən sonra, İslamabad yaxınlığındakı hava bazasında müxbirlərə bildirib.

ABŞ-ın müdafiə naziri danışıqlar zamanı əsasən diqqətin sərhəddəki yaraqlı qüvvələrin fəaliyyətinə son qoyulması üzərində mərkəzləşdiyini deyib. Birləşmiş Ştatalar və Əfqanıstan hökumətinin Pakistanı Taliban yaraqlılarının Pakistan sərhədlərindən Əfqanıstana qarşı hücumlara mane olunmasında lazımi iş görməməkdə günahlandırmasına baxmayaraq, ABŞ-ın müdafiə naziri Pakistanın ABŞ-ın çox güclü müttəfiqi olduğunu deyib. Qeyd edək ki, bu, Robert Geytsin müdafiə naziri təyin edilməsindən sonra Pkaistana ilk səfəridir.

XS
SM
MD
LG