Accessibility links

Qüdsdə aparılan təmir işləri dayandırıldıb


Qüds şəhərinin meri gərginliyin azaldılması məqsədi ilə müsəlmanların üçüncü müqəddəs məbədi olan Əl Əqsa məscidinə gedən yolun təmirini təxirə salıb. Keçən həftə başlayan təmir işləri müsəlmanların etirazlarına səbəb olub.

Qüds şəhərinin ultra-ortodoks meri Yuri Lupolianskinin bu gözlənilməz qərarından sonra o, inşaatla bağlı planın nəzərdən keçirilməsinə göstəriş verib. Yahudilərin Dağ Qəsri adlandırdıqları müqəddəs yerdə aparılan təmir işlərinin müsəlmanlar Əl Əqsa və Qübbəd-əs-Səhra məscidlərinin bünövrəsinə zərər vura biləcəyini deyirlər.

Mer Lipolianskinin sözçüsü Raffi Şamirin açılqadığı təmir işlərinin dayandırılmasına dair qərarda inşaatın dayandırıldığı, lakin həmin ərazidə arxeoloji qazıntıların davam etdiriləcəyi deyilir.

Qeyd edək ki, dünya ölkələrinin müsəlman liderləri qazıntılar barədə qərarı tənqid edərək, İsraili təmir işlərini dayandırmağa çağırıblar. İsrail parlamenti Knessetin sağçı üzvləri isə təmir işlərinin dayandırılması qərarını qınayaraq, bunun İsrailin Qərbi Qüdsdəki suverenliyinə hədə kimi qiymətləndiriblər.

XS
SM
MD
LG