Accessibility links

Dünya bazarlarında xam neftin qiyməti düşüb


OPEK-in neft nazirlərinin neft hasilatı səviyyəsinin dəyişdirilməyəcəyini elan etməsindən sonra bu gün dünya bazarlarında xam neftin qiyməti düşüb. Nyu-Yorkda bir barrel neftin qiyməti cümə günü ilə müqayisədə bir dollar az, yəni 59 dollar olub. Xatırladaq ki, Wall Street Journal Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Naimiyə istinadən yazıb ki, OPEK istehsal səviyyəsinin azaldılmasını planlaşdırmır. O, qlobal neft bazarının sağlam və balanslı olduğunu bildirib.

XS
SM
MD
LG