Accessibility links

Livanın xristian şəhərində partlayışlar baş verib


Livan rəsmilərinin bildirdiyinə görə, bu gün Beyrutun şimal-qərb bölgəsində yerləşən xristian şəhəri Bikfaya yaxınlığında iki avtobusda partlayış olub. Polis 3 nəfərin həlak olduğunu, 20 adamın yaralandığını bildirir. Lakin Livanın dövlət mətbuatı ölənlərin sayının daha artıq olduğunu bildirib.

Təhlükəsizlik rəsmiləri partlayışların bir neçə dəqiqəlik fasilə ilə baş verdiyini deyirlər. Televiziya xəbərlərində bir neçə maşına ziyan dəydiyi və partlayış baş verən avtobusun tavanının tamamilə dağıldığı göstərilib. Hücum Livanın sabiq baş naziri Həririnin öldürülməsinin ikinci ildönümünə bir gün qalmış baş verir.

XS
SM
MD
LG