Accessibility links

Livanda avtobuslar partladılıb


Livan rəsmilərinin bildirdiyinə görə, bu gün Beyrutun şimal-qərb bölgəsində yerləşən xristian şəhəri Bikfaya yaxınlığında iki avtobusda partlayış olub. Polis 3 nəfərin həlak olduğu, 20 adamın yaralandığını deyir. Lakin Livanın dövlət mətbuatı ölənlərin sayının daha artıq olduğunu bildirir. Təhlükəsizlik rəsmiləri partlayışların bir neçə dəqiqəlik fasilə ilə baş verdiyini deyirlər. Televiziya xəbərlərində bir neçə maşına ziyan dəydiyi və partlayış baş verən avtobusun damının tamamilə dağıldığı göstərilib. Hücum Livanın sabiq baş naziri Həririnin öldürülməsinin ikinci ildönümünə bir gün qalmış baş verir.

XS
SM
MD
LG