Accessibility links

Cihad ABŞ-ı hədələyir


Fələstinin islamçı Cihad qrupu Dəməşqdəki lideri Ramazan Abdulla Məhəmməd Şallah həbs edilsə, Amerikadan qisas alınacağı barədə xəbərdarlıq verib. Cihadın sözçüsü bu gün bildirib ki, zorakı əməliyyatların hədəfi Amerikanın regiondakı maraqları olacaq. Qeyd edək ki, dünən ABŞ-ın Dövlət Departamenti Şallah və Livanın şiə Hezbullah qrupunun üzvü Məhəmməd Əl-Hamedeyinin ələ keçirilməsinə yardım edəcək hər bir məlumata 5 milyon dollar məbləğində mükafat vəd etmişdi. Bu şəxslərin hər ikisi ABŞ-ın Federal Kəşfiyyat Bürosunun axtarışda olan terrroristlər siyahısında yer alır.

XS
SM
MD
LG