Accessibility links

Metyu Brayza PKK barədə deyib ki, Türkiyənin özünü müdafiə etmə haqqı var


ABŞ Dövlət Katibinin Müavininin Yardımçısı ATET-in Minsk Qrupunun həmsədri Metyu Brayza Amerikanın Səsinin Türk Xidmətinə verdiyi müsahibədə Kürdistan Fəhlə partiyasının şimalı İraqdakı fəaliyyətləri və Türkiyənin bu barədəki narazılığı barədə suallara cavab verib.

O deyib ki, Türkiyənin özünü müdafiə etməyə haqqı var:" Türkiyə strateji olaraq dünyada bizim ən yaxın dostlarımızdan biridir, dostdur və NATO müttəfiqidir. Əlbəttə biz Türkiyənin özünü müdafiə etməsini istəyirik." Cənab Brayza deyib ki, biz də Türkiyəyə özünü müdafiə etməsi üçün kömək etmək istəyirik. Cənab Bryza ABŞ-ın PKK və başqa terrorçu qruplarla mübarizə məsələsi üçün təyin etdiyi xüsusi elçi general Ralstona istinad edərək deyib ki, o bir hərbçi kimi hərbi gücdən istifadəni son çarə olaraq nəzərdə tutur.

O söyləyib ki, PKK-nın terrorçu hədəsinin aradan götürülməsi mürəkkəb məsələdir və bunun üçün hərbi gücdən istifadə kifayət etmir. O Türkiyə ilə bu məsələnin müxtəlif cəhətləri barədə əməkdaşlıq etməyin vacib olduğunu söyləməklə qeyd edib ki, Türkiyənin İraq ərazisində bir tərəfli olaraq əməliyyatlar həyata keçirməsi məsələnin uzun müddətdə həllinə kömək etməyə bilər.

Cənab Bryza deyib ki, ABŞ İraqda PKK hədəsinin aradan götürülməsi barədə öhdəliyini yerinə yetirmək üçün yollar axdarır və bu məqsədlə konkret addımlar atmaq niyyətindədir ki, heç kim Türkiyənin bir tərəfli müdaxiləsinə ehtiyac olduğunu fikirləşməsin.

XS
SM
MD
LG