Accessibility links

İraqda yeni təhlükəsizlik tədbirləri həyata keçirilir


İraqın baş naziri Nuri Əl Maliki yeni təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlandığını bəyan etdikdən sonra İraq və Birləşmiş Ştatların hərbi qüvvələri birlikdə təriqətlərarası zorakılıqlara son qoyulması məqsədi ilə Bağdadda nəzarəti artırmışlar. Hərbi qüvvələr bu gün bütün şəhər boyu təmizləmə əməliyyatını həyata keçirməklə, axtarışlara başlamışlar.

İraq hərbi qüvvələrinin səlahiyyətli nümayəndəsi planın bir hissəsi olaraq İraqın İran və Suriya ilə sərhədlərinin 72 saat müddətində bağlanacağını bildirib. Bundan əlavə ABŞ hərbi qüvvələri şiə ruhanisi Möqtəda əl Sədrin İrana keçdiyini bildirir.

İraqın cənubundakı Bəsrə şəhərində isə paralel təhlükəsizlik əməliyyatları həyata keçirilib. Bəsrə şəhərinə giriş- çıxışlar dayandırılıb. Bununla dənizdən şəhərə yaraqlıların və silahların gətirilməsinin qarşısı alına bilər.

XS
SM
MD
LG