Accessibility links

Ehud Olmert Fələstin hökuməti beynəlxalq standartlara cavab verməsə onunla əməkdaşlıq edilməyəcəyini deyir


İsrailin baş naziri Ehud Olmert prezident Buşla Fələstinin milli birlik hökumətinin beynəlxalq standartlara cavab vermədiyi təqdirdə onu boykot edəcəkləri barədə razılıq əldə etdiklərini deyib. Baş nazir bildirib ki, zorakılıqlar qınanılmadığı, İsrailin mövcudluq hüququ tanınmadığı və əvvəlki sülh razılıqlarına riayət edilmədiyi təqdirdə Fələstin hökuməti ilə əməkdaşlıq aparılmayacaq. Ehud Olmert prezident Buşla bu sahədə razılığın telefon söhbəti zamanı əldə edildiyini deyib. ABŞ rəsmiləri İsrailin baş nazirinin açıqlamasına münasibət bildirməyib. Dünən ABŞ dövlət katibi Kondolizza Rays demişdi ki, Vaşinqton Fələstin hökuməti haqda öz fikrini birlik yaradıldıqdan sonra söyləyəcək. Xatırladaq ki, xanım Rays bu gün Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Ehud Olmertlə görüşlər keçirib.

XS
SM
MD
LG