Accessibility links

İraqda iki Amerika əsgəri həlak olub


İraqda ABŞ qüvvələrinin keşik məntəqəsi yaraqlıların hücumuna məruz qalıb. Nəticədə 2 əsgər həlak olub, 17-i yaralanıb. İraq polisinin bildirdiyinə görə, Bağddad və digər bölgələrdə həyata keçirilən hücumlar nəticəsində bu gün 16 adam həlak olub. Bombaların şiələrin yaşadığı Karrada rayonuna istiqamət alan avtobusa yerləşdirilib. Hadisə 5 adamın ölümü, 4-nün yaralanması ilə nəticələnib. Yol kənarına yerləşdirilmiş digər iki bomba partlayışı 6 adamın ölümünə səbəb olub. Bağdaddan şimalda yerləşən Duluiya şəhərində isə maşına yerləşdirilən bomba partlatışı 4 insanın həlak olmasına yol açıb. Mahmudiyyə şhərində isə bomba partlayışı səbəbi ilə bir adam həlak olub.

XS
SM
MD
LG