Accessibility links

Iranın İnqilabi Qvardiyası hərbi oyunlara başlayıb


Hərbi manevrlər BMT-nin Təhlükəsizlik Şurasının İran uranın zənginləşdirilməsi proqramını dayandırmadığı halda, ona qarşı iqtisadi sanksiyaları davam etdirmək üçün qoyduğu son möhlətin bitməsinə bir gün qalmış keçirilir. Bu, keçən ilin mart ayında keçirilmiş hərbi manevrlərdən sonra ən genişmiqyaslı hərbi oyunlardır.

İranın dövlət agetnliyi İRNA-nın bildirdiynə görə, təlimlər zamanı qısa, orta və uzunmənzilli raketlər sınaqdan keçirilib. Dövlət mətbuatının verdiyi məlumata əsasən, manevrlər ölkənin 30 vilayətinin 16-nı əhatə edəcək. Burada İran hərbi qüvvələrinin birbaşa Ali dini rəhbər Ayətulla Xameneinin nəzarət etdiyi elitar İnqilabi Qvardiyanın 20 briqadasının 60 minə yaxın əsgər iştirak edir. İnqilabi qvardiyanın 200-dən artıq üzvü, özünün hərbi dəniz donanması və hərbi hava qüvvələri var.

Xatırladırıq ki, bundan iki həftə öncə İran Rusiyada istehsal edilən yeni hava müdafiə sisteminin sınaqdan keçirildiyini elan etmişdi. İran hərbi təlimlərin ölkənin müdafiə sisteminin möhkəmləndirilməsi məqsədi ilə keçirildiyini bildirir.

Qeyd edək ki, son zamanlar İran və Birləşmiş Ştatlar arasında gənrinliyin artdığı müşahidə olunur. Rəsmi Vaşinqton Tehranı İraqın daxili işlərinə müdaxilə etməkdə ittiham edir.

XS
SM
MD
LG