Accessibility links

Krım tatarları torpaqlarının geri qaytarılması tələbi ilə nümayiş keçirib


Ukraynanın Krım yarımadasında yüzlərlə tatar Stalinin hakimiyyəti dövrü alınan torpaqlarının qaytarılması tələbi ilə nümayiş keçirib. Nümayişçilərin yürüşü bir neçə əsas yolda nəqliyyatın hərəkətinə mane olub. Tatarların qeyri-rəsmi parlamentinin sözçüsü bildirib ki, onun qrupu nümayişdə iştirak etməkdən imtina edib. Rusiyanın İTAR-TASS xəbər agentliyinin məluamtında deyilir ki, Krımın paytaxtı Simferopolda bü gün keçirilməsi planlaşdırılan nümayiş fevral ayının 28-ə təyin edilib. Xatırladaq ki, 1944-cü ildə Sovet lideri İosif Stalin tatarları nasistlərlə əməkdaşlıqda günahlandıraraq 200-mindən artıq tatarın Orta Asiyaya sürgün edilməsinə göstəriş vermişdi.
XS
SM
MD
LG