Accessibility links

Britaniya hərbi qüvvələrinin bir hissəsini İraqdan çıxarmağa hazırlaşır


Britaniyanın baş naziri Toni Bleyr gələn aylar ərzində min altı yüz Britaniya əsəgrinin İraqdan çıxarılacağını bildirib. Parlamentdə çıxış edən cənab Bleyr İraqın cənubunda Bəsrə şəhəri ətrafından Britaniya əsgərlərinin çıxarılacağını elan edib. Cənab Bleyr bildirib ki, İraqda qalacaq hərbi qüvvələrin böyük hissəsi Bəsrə hərbi hava bazasında yerləşdiriləcək və tədricən yardım göstərmək rolunu yerinə yetiriəcək. Bununla belə, Toni Bleyr hərbi qüvvələrin döyüşə hazır vəziyyətdə olacağını təkrarən bildirib.
Baş nazir deyib ki, Britaniya hərbi qüvvələrinin ölkədən çıxarılması İraq qüvvələrinin təhlükəsizliyə nəzarətə hazır olduğuna görə mümkün olmuşdur. Cənab Bleyr əlavə edib ki, Britaniya hərbi qüvvələri İraqda onlara ehtiyac olana qədər, ən azı 2008-ci ilə qədər qalacaq.
Bu arada Ağ evin nümayəndəsi bildirib ki, prezident Buş və baş nazir Toni Bleyr hərbi qüvvələrinin çıxarılması məsələsini telefon söhbəti zamanı müzakirə ediblər.

XS
SM
MD
LG