Accessibility links

İran nüvə fəaliyyərlətini dayandırmaqdan imtina edir


" hspace=2 src="/azerbaijani/images/ap_iran_Ahmadinejad_20feb07_eng_2101.jpg" width=192 align=left vspace=2 border=0>İran prezidenti Mahmud Əhmədinejad nüvə proqramının inkişafının davam etdiriləcəyinə and içərək BMT-nin İranın uranın zənginləşdirilməsi sahəsində fəaliyyətlərini dayandırmaq tələbini rədd edib. İran BMT-nin uranın zənginləşdirilməsi proqramını dayandırması üçün qoyduğu son möhlətə əməl etməyib. İran prezident deyib ki, nüvə texnologiyaları İranın inkişafı və şərəf və ləyaqəti üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, İran nüvə proqramı üzərində diqqəti cəmləşdirmək üçün gələn 10 ərzində bütün digər fəaliyyətləri dayndırmalıdır. BMT İrana uranın zənginləşdirilməsi sahəsində fəaliyyətləri dayandırması üçün 60 gün möhlət vermişdir. Təhlükəsizlik Şurasında dekabrın 23-ü qəbul edilmiş qətnaməyə əsasən, İrana qarşı məhdud qaydada sanksiyalar tətbiq edilib. Berlində danışan Dövlət katibi Kondoliza Rays deyib ki, Tehran mübahisəli nüvə proqramına son qoysa, o, iranlı həmkarı ilə görüşməyə hazırdır. İranın nüvə danışıqlarında əsas nümayəndəis Əli Laricani bu gün Vyanada müxbirlərə deyib ki, nüvə qarşıdurması yalnız danışıqlar vasitəsilə həll ola bilər. Laricani bu açıqlamaları Beynlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd əl-Bəradei ilə görüşdən sonra verib. Beynəlxalq Atom enerjisi agentliyi bu həftənin sonu İranın Təhlükəsilik Şurasının dekabrın 23 qətnaməsini yerinə yetirməməsilə bağlı BMT-yə hesabat təqdim etməlidir.

XS
SM
MD
LG